Messi göz yaşlarına boğuldu: Argentina millisində vida belə oldu
Argentina milli komandası vida matçında Benin yığmasını 3:0 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, görüşdən əvvəl Benin millisi Lionel Messiyə xatirə hədiyyələri təqdim edib. Matç zamanı və qarşılaşmadan sonra duyğusal anlar yaşanıb. Messinin oğlu Tyaqo da göz yaşlarını saxlaya bilməyib.
Vida mərasimi zamanı yüzlərlə dron səmada Messi və onun Dünya Kuboku ilə birlikdə təsvirini, əfsanəvi 10 nömrəli formasını və Argentina millisinin emblemini yaradıb.
Messi vida çıxışında Argentina millisindən ayrılmaq istəmədiyini bildirib. O, Argentina millisində oynamaqdan qürur duyduğunu və komanda ilə birlikdə Dünya Kubokunu qazanmaq arzusunu gerçəkləşdirdiyini deyərək azarkeşlərə təşəkkür edib.
Messi: “Sizi sevirəm və sizin üçün darıxacağam”.
12:55 07.10.2026
Oxunuş sayı: 56