Venesuelada neft zavodu alova büründü – istehsal dayandırıldı
Venesuelanın gücünə görə ikinci ən böyük neft emalı zavodu olan "Cardon"da baş verən yanğın müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb olub. Report.az
Crossmedia.az xəbər verir ki, yanğın dizel yanacağının hidrotəmizlənməsi qurğusunu birləşdirən qaz kəmərində başlayıb. Bir neçə partlayışdan sonra zavodun, o cümlədən qazanxanaların fəaliyyəti dayandırılıb və işçilər təxliyə olunub. Devdiscourse
Yanğın bir saatdan az müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Devdiscourse
Gündəlik 310 min barel neft emalı gücünə malik “Cardón” zavodu Venesuelanın ən böyük neft emalı kompleksi olan “Paraguaná”nın tərkibinə daxildir. Kompleksin ümumi emal gücü gündəlik 955 min bareldir. Report.az
Qeyd edək ki, zavodda ötən ay da xammal çatışmazlığı səbəbindən ilkin neft emalı və katalitik krekinq qurğularının fəaliyyəti dayandırılmışdı.
12:33 07.10.2026
Oxunuş sayı: 206