Korkutlar Ukraynaya getdi: Türkiyədən yeni hərbi dəstək
Türkiyə 2026-cı ilin əvvəlində Ukraynaya az sayda Korkut hava hücumundan müdafiə sistemi verib.
Crossmedia.az xəbər verir ki, Middle East Eye (MEE) məlumatı vəziyyətdən xəbərdar mənbələrə istinadən yayıb. Bildirilir ki, Ukrayna bu sistemlərdən hava hücumundan müdafiə imkanlarını gücləndirmək və onları döyüş şəraitində sınaqdan keçirmək üçün istifadə edib. Türkiye Today
Mənbələr Ukraynaya neçə Korkut sisteminin çatdırıldığını açıqlamayıb. Standart Korkut kompleksi üç döyüş maşını və bir komanda-idarəetmə maşınından ibarətdir.
Ukraynalı anonim rəsmi MEE-yə bildirib ki, Korkut Rusiya hücumlarının qarşısının alınmasında kifayət qədər effektiv olub. Onun sözlərinə görə, sistemin istifadəsi zamanı müəyyən problemlər yaransa da, bunların kiçik düzəlişlərlə aradan qaldırılması mümkün olub. Türkiye Today
Rəsmi əlavə edib ki, Ukrayna qiymət uyğun olduğu təqdirdə daha çox Korkut sistemi almaqda maraqlıdır.
Qeyd edək ki, Korkut Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal olunur və pilotsuz uçuş aparatları, o cümlədən FPV dronları və digər hava hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulub.
12:19 07.10.2026
Oxunuş sayı: 197