Bəqayi: İran silahlı qüvvələri imkanlardan istifadə edəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin baş naziri Benyamin Netanyahunin İranla müharibənin hələ bitmədiyi barədə açıqlamasına cavab verib.
Bəqai ölkə əleyhinə hərəkət edənlərlə bağlı “hesablaşmanın” davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri hər zaman əlverişli fürsətlərdən maksimum istifadə etməyə hazırdır.
“İran xalqına qarşı hərəkət edənlərlə hələ hesablaşmamışıq. Əgər silahlı qüvvələrimizə imkan verilsə, şübhəsiz ki, bundan ən yaxşı şəkildə istifadə edəcəklər”, – deyə İsmayıl Bəqayi bildirib.
13:34 11.05.2026
Oxunuş sayı: 55