Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.
Crossmedia.az məktubun mətnini təqdim edir:
“Hörmətli xanım Ursula fon der Lyayen,
Hörmətli cənab Antonio Kosta,
Hörmətli 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçıları!
Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır. Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir.
Avropa Cənubi Qafqazla əlaqələrini dərinləşdirdikcə, biz, aşağıda imza atan Azərbaycan vətəndaş cəmiyyəti və insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri, sizləri Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesini dəstəkləməyə, eyni zamanda, Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırıq.
Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4000 Azərbaycan vətəndaşı itkin düşüb. Güclü dəlillər ortadadır ki, bu insanlar işgəncəyə məruz qalaraq öldürülüb, bu isə müharibə cinayətləridir.
30 ildən artıqdır ki, Ermənistan bu şəxslərin taleyi və kütləvi məzarların yeri barədə məlumat vermir. Bu 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin ağrı və əzabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqətdən kənarda qalmış humanitar faciədir.
2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəri 32 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlardan aşkar edilmiş qalıqlar əsasında 91 nəfərin kimliyi müəyyən edilib və onlar dəfn olunub. Bu şəxslərin dəfnləri ailələri üçün çoxdan intizarında olduqları təskinlik yeri olub.
Bəzi erməni səhra komandirləri I Qarabağ müharibəsi zamanı öldürülən azərbaycanlıların kütləvi məzarlıqlarının yerləri barədə məlumatlara sahib olduqlarını bildiriblər. Sizi və bütün iştirakçıları çağırırıq ki, bu şəxsləri sorğu-sual etmək və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etmək üçün Ermənistana təzyiq edəsiniz.
Digər vacib humanitar problem Azərbaycanın azad edilmiş ərazilərinin minalarla çirklənməsidir. Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçırması 2020-ci ildə II Qarabağ müharibəsinin bitməsindən bəri 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub. Bu "gizli müharibə" Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir və yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına mane olur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, sizi Ermənistanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatları açıqlamağa və Azərbaycanın azad olunmuş ərazilərinin dəqiq mina xəritələrini verməyə vadar etməyə dəvət edirik. Bu məsələlərin həlli etimad quruculuğu baxımından Ermənistan tərəfindən atıla biləcək praktiki addım ola bilər.
İnanmaq istərdik ki, Ermənistana qarşıdakı səfəriniz zamanı Azərbaycana ciddi təsir göstərən bu humanitar problemlərin həlli üçün Avropanın kollektiv qətiyyətini nümayiş etdirəcəksiniz.
İmzalar:
1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
2. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
3. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri
4. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri
5. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri
6. Hafiz Səfixanov - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri
7. Rey Qasımov - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri
8. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri
9. Səidə Qocamanlı - "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri
10. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
11. Oğuz Məmmədov - "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyinin sədri
12. Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri
13. Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
14. Xatirə Vəliyeva – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü
15. Elşad Eyvazov – “Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin sədri
16. Sevinc Əlizadə - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
18. Zaur Məmmədov - “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri
19. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
20. Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri
21. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
22. Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri
23. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri
24. Tünzalə Abdullalimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
25. Fəridə Mirişova - “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri
26. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri
27. Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri
28. Kəramət İsmayılov –"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri
29. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
30. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri
31. Şəlalə Həsənova - “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin sədri
32. Varis Yolçiyev - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru
33. Xətai Ələsgərov - “Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri
34. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri
35. Cəsarət Hüseynzadə - “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri”.
21:43 01.05.2026
Oxunuş sayı: 54