Aparat rəhbəri: Süni intellektin medianın istehsalında böyük rolu var
Süni intellektin medianın istehsalında böyük rolu var.
Crossmedia.az xəbər verir ki, bu fikri ictimai proseslər media müstəvisində mövzusunda 3-cü forumun rəqəmsal inkişaf, media, süni intellekt və innovasiya panel sessiyasında Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirib.
O, cəmiyyətin hər bir üzvünün istehlakçı olduğunu qeyd edərək ənənəvi medianın rəqəmsal platformalarla işləməli olduğunu qeyd edib.
Aparat rəhbəri həmçinin süni intellektin bütün istehlakı, medianı hətta medianın istehsalının bir hissəsi olduğunu və böyük rol oynadığını qeyd edib.
Elmir Heydərli
15:40 01.05.2026
Oxunuş sayı: 54