Azərbaycanda süni intellekt təhsili: Qazaxıstanın "Tomorrow School" modeli nümunə ola bilərmi?
Müasir dünya iqtisadiyyatının və texnoloji tərəqqinin hərəkətverici qüvvəsi olan süni intellekt, artıq sadəcə bir yenilik deyil, gələcəyin əsas təməl daşına çevrilib. Qlobal əmək bazarında baş verən sürətli transformasiyalar rəqəmsal savadlılığın və yeni nəsil bacarıqların mənimsənilməsini hər bir vətəndaş üçün mütləq zərurətə çevirir. Qazaxıstanın "Tomorrow School" kimi uğurlu layihələri bu sahədə dövlət və cəmiyyət üçün nə dərəcədə effektiv modellərin mövcud olduğunu bir daha sübut edir. Ölkəmizdə rəqəmsal inkişaf sahəsində atılan addımları bu cür genişmiqyaslı maarifləndirmə təşəbbüsləri ilə gücləndirmək, milli kadr potensialımızın beynəlxalq rəqabətədavamlılığını təmin edə bilər. Bu baxımdan, vətəndaşların süni intellekt dövrünə hazırlanması və alternativ ixtisaslara yönləndirilməsi həm sosial rifah, həm də strateji iqtisadi yüksəliş üçün mühüm addım olardı.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az-a açıqlama verib.
"Sevindirici haldır ki, Qazaxıstanda da süni intellektin öyrənilməsi ilə bağlı belə bir təşəbbüs irəli sürüldü:
Düşünürəm ki, ölkəmizdə də belə təşəbbüskarlıqla çıxış etmək vacibdir. Xüsusilə də burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də aidiyyatı qurumlar maraqlı olmalıdırlar ki, vətəndaşlarımız süni intellektlə bağlı ən azı əyani olmasa da, onlayn qaydada, yəni məsafədən idarəetmə əsasında, müvafiq bilik və bacarıqlara sahib olsunlar, bu bacarıqları özlərində formalaşdırsınlar.
Düşünürəm ki, bu, gələcəkdə onların hansısa iş istiqamətində əmək fəaliyyətlərini daha uğurlu və məhsuldar idarə etmələrinə mühüm töhfə verə bilər. Çünki süni intellekt istiqamətinə dövlət başçısı səviyyəsində xüsusi diqqət var və bu yaxınlarda bildiyiniz kimi, süni intellekt mərkəzləri yaradıldı. Yəni ölkədə bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsinə böyük ehtiyac olduğunu düşünürəm".
Turqut Ansari
20:31 27.04.2026
Oxunuş sayı: 62