Lənkəranda peşə təhsilinin inkişafı müzakirə olundu
Aprelin 18-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Eduland Daimi İnkişaf Mərkəzi və Marsol Regionun birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Regionlarda peşə təhsilinin inkişafında dövlət-özəl əməkdaşlığı” mövzusunda tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov və Lənkəranın tanınmış təhsil işçiləri regionda təhsil sahəsində dövlət-özəl sektorlarının əməkdaşlığı, dual peşə təhsili proqramının inkişafında özəl sektorun rolu, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində tədris olunan ixtisaslar, formalaşan imkanlar və perspektivlər haqqında çıxışlar ediblər.
Həmçinin Eduland Daimi İnkişaf Mərkəzinin təsisçi və direktoru Abutalıb Kamalov Lənkəran – Astara İqtisadi Regionunda peşə təhsilinin imkanları, peşə təhsilində dövlət-özəl sektorları əməkdaşlığı, müasir dövrdə uşaqlarda erkən yaşlarda peşə seçimlərinin edə bilməsinin üstünlükləri haqqında geniş məlumat verib.
Sonda Eduland Daimi İnkişaf Mərkəzinin şagirdlərinə rəsmi Cambridge sertifikatları təqdim edilib.
Tədbirdən sonra Marsol Region üzvləri ilə B2B formatında görüş keçirilib.
10:54 21.04.2026
Oxunuş sayı: 53