Ermənistanın Azərbaycanla planlaşdırılan sülhə etinasızlığı
Ermənilərin başqa xalqların, xüsusəndə qonşu Azərbaycan xalqının torpaqlarına, maddi mənəvi irslərinə, ərazilərinə iddia etmələri kimi çirkin bir ideya, fikir onların artıq genetik kodlarına yerləşdirilmişdir. Bunu bir daha son günlər Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistanda davam edən isteriya təsdiq edir. Onlar bu sərsəm fikirlərindən görünür hələ də əl çəkməyiblər. məsələn indiki Qərbi Azərbaycan ərazisində kifayyət qədər Alban və türk abidələrini, məbədlərini ya dağıdaraq yox etmişlər ki, buradakı qədim türk yaşayış yerlərini gizlətsinlər, bəzilərini isə öz adlarına çıxmaq üçün hər cür saxtalaşmaya getmişlər. Ermənilər bu vandalizmləri ilə kifayyətlənməyiblər, indi isə indiki mövcud Azərbaycan ərazilərinə daxil olan qədim Azərbaycan xalqına məxsus qədim Alban və türk mənşəli abidələrə də iddialar edirlər, onların erməni mənşəli olmalarını deyirlər. Burada ən təhlükəli hal isə odur ki, bu fikirləri hansısa bir revanşist düşüncəli qeyri hökumət təşkilatı və ya müxalifət orqanı deyil, məhz ermənistan xalqını sülhə hazırlamaq öhdəliyini öz üzərinə götürmüş ermənistanın baş naziri səsləndirir, bu xüsusda bu ölkənin baş nazirinin Gəncəsər məbədinin guya erməni mənşəli olması ilə bağlı açıqlaması daha da təhlükəlidir və yol veriməz bir səhfdir. Bu isə öz növbəsində qarşıda planlaşdırılan sülh məsələsinə çox böyük kölgə salır. Belə heç bir tarixi fakta, həqiqətə uyğun gəlməyən sərsəm fikirlər artıq uzun illər davam etmiş müharibələrdən cana gəlmiş həm Azərbaycan xalqının, həm də erməni xalqının da indiki mənafeyinə uyğun gəlmir.
Ermənilərin daha bir qədim Azərbaycan torpaqlarını işğal etməsi, maddi mənəvi irslərimizi dağıtması ilə bağlı mühüm bir faktı da qeyd etmək istəyirəm. Hələ çar rusiyası dövründə ən güclü türk müsəlman dini mərkəzi qədim İrəvan şəhəri olmuşdur. Tarixi faktlara görə İrəvan ən çox məscidi olan şəhər olmuşdur, demək olar ki, şəhərin hər küçəsində məscid olmuşdur. Belə bir qədim türk şəhərini erməniləşdirərək ermənistana paytaxt etmişlər, indi isə orada bir dənə də məscid qalmayıb. Belə barbarlıqlarından utanmayaraq ermənilər indiki qədim Azərbaycan torpaqlarımızdakı maddi mənəvi irslərimizə də dil uzadırlar… Onsuzda ermənilər zaman zaman Qərbi Azərbaycan ərazisindəki qədim oğuz türk abidələrini dağıtmaları ilə yanaşı Qarabağın işğalı müddətində Qarabağdakı milli mədəni abidələri, xüsusəndə məscidləri dağıdıb viranə qoymaları ilə dünyada həm də maddi mənəvi irsin terroristləri adını qazanmışlar. Sonrada utanmaz utanmaz bizimlə sülhdən danışırlar və eyni zamanda fürsət düşən kimi bizə qarşı məkrli siyasətlərini həyata keçirməyə çalışırlar. Onlar bilmirlər ki, belə sərsəm iddalarla sülh əldə etmək olmaz.
Sonda maddi mənəvi irslərimizə qarşı belə sərsəm iddiaları səsləndirən və belə sərsəm ideyaları dəstəkləyən ermənilərə xitabən deyirəm ki, Dəmir yumruq yerindədir. Bununla bağlı cənab Prezidentimiz Ali baş komandan İlham Əliyevin dediyi möhtəşəm fikirləri də ermənilərə xatırlatmaq istəyirəm: “Ağlınızı yığın başınıza dəmir yumruq yerindədir. Və bizi əsəbləşdirməyin və özünüzü yaxşı aparın. Yaxşı aparsanız onda rahat yaşaya bilərsiniz, yox əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkat olarsa başınızı əzəcəyik heç kimə baxmadan, heç kim də sizi müdafiə edə bilməz”. Mən düşünürəm ki, cənab Prezidentimizin səsləndirdiyi bu möhtəşəm fikirlər erməni xalqının Azərbaycanla sülhə gedən yolda “Yol xəritəsi” olsa daha effektiv nəticə əldə edə bilərlər.
Natiq Quliyev
Bakı Dövlət Universitetinin dosenti,
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü
21:40 21.09.2026
Oxunuş sayı: 85