Almaniyada uşaqlar şirniyyatlara yad əşyalar yerləşdiriblər
Almaniyada Halloween bayramı zamanı şirniyyatlara mismar, maqnit və digər yad əşyalar yerləşdirilməsi hallarının bəzilərinin arxasında uşaqların özlərinin dayandığı ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
Aşağı Saksoniya Kriminoloji Tədqiqatlar İnstitutunun keçmiş direktoru Kristian Pfayffer hadisələrin sosial şəbəkələrdə yayılan saxta şirniyyat xəbərləri ilə başlamış ola biləcəyini düşünür.
Onun sözlərinə görə, kimsə sosial şəbəkədə tanışlarına şirniyyatların içərisində yad əşyalar aşkar etdiyini danışıb. Bu məlumat qısa müddətdə geniş yayılıb və elə həmin gün bəzi şəxslər də oxşar hadisələri təkrarlamağa çalışıblar.
Jurnalistlərin araşdırması zamanı isə şirniyyatları özlərinin korladıqlarını etiraf edən uşaqların da olduğu üzə çıxıb.
Məsələn, Türingiyada 9 yaşlı qız şokolad batonuna özü taxta şiş batırıb. Bavariyada da uşaqların şirniyyatlara müdaxilə etdiklərini etiraf etdiyi iki belə hal qeydə alınıb.
01:36 06.11.2026
Oxunuş sayı: 50