İran ABŞ-yə 7 şərt irəli sürdü: Hörmüz boğazı danışıqlara qədər açılmayacaq
İran Hörmüz boğazının açılması və ABŞ ilə danışıqların başlanması üçün Tehranın irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsini tələb edir.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai “RİA Novosti”yə açıqlamasında bildirib.
Rzainin sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putinə Tehran tərəfindən ABŞ-yə təqdim edilən yeddi şərt barədə məlumat verib.
İran rəsmisi qeyd edib ki, Vaşinqton həmin tələbləri yerinə yetirməyənə qədər Hörmüz boğazı açılmayacaq və heç bir danışıqlar aparılmayacaq.
Tehranın ABŞ-yə ünvanladığı yeddi şərtin konkret nədən ibarət olduğu açıqlanmayıb.
23:45 05.11.2026
Oxunuş sayı: 58