Bir anlıq təsadüf tarixə çevrildi: 17 yaşlı gənc qədim amulet tapdı
İsraildə ekskursiyada iştirak edən 17 yaşlı amerikalı məktəbli təxminən 3 300 il yaşı olan qədim Misir amuleti tapıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Şaylo Attun adlı yeniyetmə Tel-Gezer Milli Parkında gəzinti zamanı təsadüfən yerdə kiçik bir əşya görüb. Onun qədim əşya olduğunu düşünən məktəbli tapıntını bələdçiyə göstərib.
Attun bildirib ki, bu hadisəyə inanmaqda çətinlik çəkib. Onun sözlərinə görə, bir qədər əvvəl qrup yoldaşları ilə belə bir qədim əşya tapmağın nə qədər çətin olduğundan danışırmışlar. Yeniyetmə qeyd edib ki, bu, sinfin ölkəyə ilk səfəri olub və onlar İsrailə ekskursiyadan cəmi iki gün əvvəl gəliblər.
Amuletin yaşını Təl-Əviv Universitetinin professoru İdo Koh müəyyənləşdirib. Mütəxəssisin qiymətləndirməsinə görə, tapıntının təxminən 3 300 yaşı var.
Professorun sözlərinə görə, skarabey formasında olan amuletin üzərində iki kobra təsvir edilib. Onların altında yerləşən yarımellips isə qədim Misir heroqlifini ifadə edir və “ağa” mənasını verir.
06:35 06.11.2026
Oxunuş sayı: 58