ABŞ-Çin görüşündən böyük ticarət razılaşması gözlənilmir
ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpin arasında keçiriləcək görüşün nəticəsində böyük ticarət razılaşmasının əldə olunması gözlənilmir.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir “Bloomberg”ə açıqlamasında ABŞ və Çin arasında ticarət atəşkəsinin uzadılması ilə bağlı razılaşmanın yaxın vaxtlarda imzalanmayacağını bildirib.
Qririn sözlərinə görə, tərəflər bu məsələ üzrə danışıqları davam etdirəcək. O, mövcud ticarət atəşkəsinin uzadılması ilə bağlı razılaşmanın həmin gün əldə olunmayacağını, lakin bunun üçün hələ vaxtın olduğunu qeyd edib.
21:26 21.09.2026
Oxunuş sayı: 50