Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyekti kimi tanınmayacaq
Azərbaycanda insanın klonlaşdırılması üsulları patent obyektləri kimi qəbul edilməyəcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Patent haqqında" qanuna dəyişikliyi imzalayıb.
Sənədə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.
13:00 31.03.2026
Oxunuş sayı: 55