Kreml üçtərəfli danışıqların bərpasını gözləyir
Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların bərpa olunacağına ümid edir.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov bu barədə BRICS sammiti ərəfəsində Yeni Dehlidə Hindistan mediası üçün keçirilən brifinqdə danışıb.
Peskov bildirib ki, hazırda danışıqların bərpası istiqamətində ciddi iş aparılır. Onun sözlərinə görə, ABŞ-nin danışıqlar aparan nümayəndələri son günlər Moskva və Kiyev arasında səfərlər edərək tərəflərin mövqelərini çatdırırlar.
“Biz bu istiqamətdə müəyyən irəliləyişlərin olacağına ümid edirik. Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli formatda danışıqların bərpasını gözləyirik”, – deyə Peskov bildirib.
Kremlin sözçüsü Rusiyanın münaqişənin sülh yolu ilə nizamlanmasına açıq olduğunu da vurğulayıb.
“Biz həqiqətən də Ukrayna münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Rusiya bu prosesə açıqdır”, – deyə Peskov qeyd edib.
20:31 08.09.2026
Oxunuş sayı: 46