İrəvandan Moskvaya uçan təyyarə Omska eniş edib
İrəvandan Moskvaya uçan “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi marşrutunu dəyişərək Rusiyanın Omsk şəhərinə eniş edib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, təyyarə oktyabrın 24-də İrəvan vaxtı ilə saat 05:30-da havaya qalxaraq Moskvanın Şeremetyevo hava limanına yola düşməli idi.
Lakin reys gecikərək saat 08:04-də həyata keçirilib. Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Moskvaya hücumları fonunda tətbiq edilən məhdudiyyətlər səbəbindən təyyarə Omsk şəhərinə yönləndirilib.
İrəvanın Zvartnots Beynəlxalq Hava Limanının onlayn məlumat tablosuna əsasən, “Azimut”, “FlyOne” və “Aeroflot” aviaşirkətlərinin Moskvaya bir neçə reysi də gecikir.
Oxşar vəziyyət Krasnodar və Soçi istiqamətlərində həyata keçirilən uçuşlarda da müşahidə olunur.
14:56 24.10.2026
Oxunuş sayı: 60