Ukrayna danışıqlarında yeni sima: Avropanın seçimi kimdir?
Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə mümkün danışıqlarda Avropanı təmsil edə biləcək əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, Almaniyanın “Berliner Zeitung” qəzeti bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Stubbun digər Avropa liderləri qarşısında əsas üstünlüklərindən biri ABŞ Prezidenti Donald Trampla yaxşı şəxsi münasibətlərinin olmasıdır.
Bildirilir ki, Finlandiya Prezidentinin danışıqlarda iştirakı Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün fikir ayrılıqlarının yumşaldılmasına kömək edə bilər.
Qəzet qeyd edir ki, Stubbun Rusiya ilə bağlı təcrübəsi və Ukrayna rəhbərliyi ilə əlaqələri də onun vasitəçilik imkanlarını artıran amillərdəndir.
Bununla belə, nəşr vurğulayır ki, mümkün danışıqlarda Avropanın vahid mövqedən çıxış etməsi və təhlükəsizlik təminatları ilə bağlı ortaq yanaşma formalaşdırması mühüm əhəmiyyət daşıyacaq.
Hələlik Stubbun Avropa adından danışıqlara nümayəndə təyin edilməsi barədə rəsmi qərar açıqlanmayıb.
12:59 24.10.2026
Oxunuş sayı: 47