İran iqtisadiyyatı 11% kiçilə bilər – PROQNOZ
İran iqtisadiyyatının 2026/2027-ci maliyyə ilində 11% kiçiləcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, “Fitch Solutions” analitik şirkəti bu barədə proqnozunu açıqlayıb.
Proqnoza əsasən, ABŞ ilə müharibə, dəniz blokadası və beynəlxalq sanksiyalar İran iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər.
Qeyd edək ki, şirkətin əvvəlki proqnozunda İranın ümumi daxili məhsulunun (ÜDM) 9,1% azalacağı gözlənilirdi.
Beləliklə, analitiklər iqtisadi geriləmə proqnozunu 1,9 faiz bəndi artırıblar.
“Fitch Solutions”in qiymətləndirməsinə görə, İranın neft-qaz sektorunda 2026/2027-ci maliyyə ilinin ilk rübündə 26,4%, qeyri-xammal sektorunda isə 4,6% azalma qeydə alınıb.
Analitiklər Hörmüz boğazının fəaliyyətinin bərpasına dair ilkin razılaşmanın 2027-ci ilin birinci rübündə əldə olunması ehtimalını 40% qiymətləndirirlər.
Şirkət İran iqtisadiyyatının 2027/2028-ci maliyyə ili üzrə artım proqnozunu da 4,5%-dən 3,6%-ə endirib.
10:44 24.10.2026
Oxunuş sayı: 63