SpaceX Ukraynada Starlink-in sürət məhdudiyyətini artırıb
ABŞ-nin “SpaceX” şirkəti Ukrayna ərazisində “Starlink” peyk rabitəsi sisteminin hərəkət sürəti ilə bağlı tətbiq olunan məhdudiyyətini artırıb.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” nəşri bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, oktyabrın 24-də səhər saatlarından etibarən Ukraynada “Starlink” və “Starshield” sistemləri saatda 161 kilometrdən yüksək sürətlə hərəkət edən platformalarda da işləməyə başlayıb.
Mənbənin sözlərinə görə, hazırda daha yüksək hərəkət sürətlərində rabitə siqnalının dayanıqlılığı yoxlanılır və sistemin maksimal işləmə həddi müəyyənləşdirilir.
Qeyd edək ki, oktyabrın ortalarında “SpaceX” hərbi əməliyyatlarda istifadə olunan terminallar üçün hərəkət sürəti məhdudiyyətini sərtləşdirmişdi.
“The Wall Street Journal” nəşrinin məlumatına əsasən, İlon Mask bu qərardan əvvəl ABŞ Prezidenti Donald Trampın məsələyə münasibətini öyrənmək məqsədilə bir neçə hökumət rəsmisi ilə danışıqlar aparıb.
ABŞ dövlət katibi Marko Rubio isə Trampın və ya digər hökumət rəsmilərinin “SpaceX” şirkətinə sistemdə dəyişiklik edilməsi barədə göstəriş vermədiyini bildirib.
Məhdudiyyətlər xüsusilə yüksək sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarının rabitəsinə təsir göstərib.
Oktyabrın 23-də Ukrayna rəsmiləri sürət məhdudiyyətlərinin tam aradan qaldırılmadığını və saatda 160 kilometrdən yüksək sürətlərdə əlaqə problemlərinin davam etdiyini bildirmişdilər.
11:30 24.10.2026
Oxunuş sayı: 66