Zaxarovadan İtaliyaya sərt cavab
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın Milan şəhərində baş verən iğtişaşlarda Rusiyanın əli olması ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Zaxarova İtaliya hakimiyyətini məşhur müğənni Al Banonun və ölkə ictimaiyyətinin mövqeyinə diqqət yetirməyə çağırıb.
Buna səbəb italiyalı müğənninin Baş nazir Corca Meloniyə müraciət edərək Rusiyaya qarşı sanksiya təzyiqinin dayandırılmasını istəməsi olub.
Al Bano İtaliya ilə Rusiya arasında dərin tarixi və mədəni əlaqələrin mövcudluğunu xatırladaraq iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
Müğənni həmçinin Ukrayna ətrafında uzunmüddətli sülhün əldə olunması istiqamətində səylərin artırılmasına çağırıb.
Zaxarova Milan hadisələrində Rusiyanın iştirakı ilə bağlı səsləndirilən iddiaları əsassız hesab edib. Rusiya rəsmiləri daha əvvəl də Avropadakı iğtişaşlarla əlaqədar Moskvanın ünvanına irəli sürülən ittihamları rədd ediblər.
12:21 24.10.2026
Oxunuş sayı: 57