Azərbaycan cüdoçularından Avropada növbəti uğur
Portuqaliyanın Portiman şəhərində keçirilən veteranlar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri daha iki gümüş medal əldə ediblər.
Crossmedia.az xəbər verir ki, M4 yaş kateqoriyasında mübarizə aparan Elşən Kərimov 60 kq çəki dərəcəsində ikinci yeri tutub.
M5 yaş kateqoriyasında eyni çəkidə yarışan Babək Hacıyev də gümüş medala sahib olub.
Xatırladaq ki, çempionatın ilk günündə Fərhad Rəcəbli M8 yaş kateqoriyasında 90 kq çəki dərəcəsində qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu adını əldə edib.
Beləliklə, Azərbaycan cüdoçularının yarışda qazandıqları medalların sayı üçə çatıb.
09:51 24.10.2026
Oxunuş sayı: 63