Zelenski: Tramp və Putin arasında yaxşı münasibətlər var
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında yaxşı münasibətlərin olduğunu düşündüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu fikirləri Trampın Putinlə dost olub-olmaması barədə suala cavab verərkən səsləndirib.
“Düşünürəm ki, bəli, onların münasibətləri kifayət qədər yaxşıdır”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti Trampın Putinlə dostluq münasibətləri saxlamasının onun şəxsi seçimi olduğunu vurğulayıb.
“Putinlə dost olub-olmamaq onun şəxsi qərarıdır”, – deyə Zelenski əlavə edib.
Zelenski həmçinin ABŞ ilə münasibətlərdə səmimiyyətin vacibliyini qeyd edərək Trampla siyasi oyunlar oynamadığını bildirib.
“Mən Trampla oyun oynamıram. Bu, mənim Putinlə aramdakı fərqdir. Mən açıq və dürüstəm”, – deyə Ukrayna lideri vurğulayıb.
11:36 24.10.2026
Oxunuş sayı: 52