Rusiyada kimya zavoduna hücum edilib: Güclü yanğın başlayıb
Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində yerləşən “Tolyattikauçuk” kimya zavodunun hücuma məruz qaldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, yerli mənbələr və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, hücumdan sonra zavodun ərazisində güclü yanğın başlayıb.
Yerli sakinlər müəssisə ərazisindən alov və qatı tüstünün yüksəldiyini bildiriblər.
İlkin məlumatlara görə, hadisə oktyabrın 24-nə keçən gecə baş verib.
Hücumun nəticələri, xəsarət alanların olub-olmaması və müəssisəyə dəymiş ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
09:18 24.10.2026
Oxunuş sayı: 50