Hitlerin keçmiş iqamətgahında güclü yanğın: Şübhəli şəxs saxlanılıb
Almaniyanın Bavariya əyalətində nasist Almaniyasının lideri Adolf Hitlerin vaxtilə istifadə etdiyi tarixi binada güclü yanğın baş verib. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə Almaniya polisinə istinadən məlumat yayıb.
Oktyabrın 23-də axşam saatlarında Berxtesqaden yaxınlığında yerləşən və “Qartal yuvası” (Eagle's Nest) kimi tanınan “Kehlsteinhaus” binası alovlara bürünüb.
Yanğının söndürülməsinə təxminən 200 yanğınsöndürən və digər fövqəladə hallar əməkdaşı cəlb edilib.
Binanın dağlıq ərazidə, 1834 metr yüksəklikdə yerləşməsi yanğınsöndürmə işlərini çətinləşdirib. Şənbə günü səhər saatlarında da alovla mübarizə davam edib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Polis hadisə yerinin yaxınlığında şübhəli şəxsi saxlayıb. Hazırda onun yanğının törədilməsində iştirakının olub-olmadığı araşdırılır. Yanğının səbəbi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, 1938-ci ildə inşa edilən “Kehlsteinhaus” nasist rəhbərliyinin qonaq evi kimi istifadə olunub. Hazırda Bavariya əyalətinə məxsus olan bina tarixi abidə statusuna malikdir.
11:13 24.10.2026
Oxunuş sayı: 51