Kim Çen Indan iddialı bəyanat: Ən güclü ordunu yaradacağıq
Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi qüdrətinin artırılmasını və dünyanın ən güclü ordularından birinin formalaşdırılmasını prioritet vəzifə adlandırıb.
Crossmedia.az xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) bu barədə məlumat yayıb.
Bildirilib ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün hərbi bölmələrin döyüş qabiliyyətinin artırılması, hərbi-texniki hazırlığın təkmilləşdirilməsi və orduda intizamın gücləndirilməsi nəzərdə tutulur.
Kim Çen In daha əvvəl Şimali Koreyada ən güclü müdafiə sənayesinin yaradılması istiqamətində planların olduğunu da açıqlayıb.
Kim Çen In bu fikirləri oktyabrın 22–23-də Pxenyanda keçirilən Koreya Xalq Ordusunun bölük komandirlərinin III müşavirəsində səsləndirib.
O, hərbi modernləşmə proqramının uğurla həyata keçirilməsi üçün hər bir bölüyün yüksək döyüş hazırlığına malik olmasının vacibliyini vurğulayıb.
Şimali Koreya lideri hərbi qüvvələrin gücləndirilməsi ilə yanaşı, ölkənin müdafiə sənayesinin inkişaf etdirilməsinin də əsas hədəflərdən olduğunu bildirib.
14:05 24.10.2026
Oxunuş sayı: 61