ABŞ-nin qərbində su böhranı
ABŞ-nin qərbində güclü quraqlıq və su ehtiyatlarının azalması Kolorado çayında su böhranını daha da kəskinləşdirib.
Crossmedia.az xəbər verir ki, təqdim olunan məlumatlara görə, ölkənin ən böyük su anbarı olan Mead gölünün səviyyəsi 2026-cı ilin sentyabrında təxminən 1039 futa enəcək və anbarın tutumunun cəmi 26 faizi dolu olacaq.
Kolorado çayı ABŞ-nin cənub-qərbində mühüm su mənbələrindən biridir və bölgədə milyonlarla insanın su təminatında əsas rol oynayır. Mead gölü isə Arizona və Nevada ştatları arasında yerləşən, Kolorado çayı üzərindəki əsas su anbarlarından biridir.
Uzunmüddətli quraqlıq, yüksək temperatur və su ehtiyatlarından intensiv istifadə çayın su sisteminə təzyiqi artırıb. 2026-cı ilin avqustunda Mead gölündə su səviyyəsinin tarixi minimuma yaxınlaşdığı barədə məlumatlar yayılıb.
Mütəxəssislər su ehtiyatlarının azalmasının ABŞ-nin qərbində içməli su təchizatı, kənd təsərrüfatı və enerji istehsalına təsir göstərə biləcəyini bildirirlər.
18:09 08.09.2026
Oxunuş sayı: 37