İran prezidentindən ABŞ və İsrailə sərt mesaj
İran münaqişədən yayınmağa çalışsa da, ABŞ və İsrailə qarşı müqavimətini davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bu barədə X hesabında paylaşım edib.
Pezeşkian bildirib ki, İran hər zaman müharibəyə qarşı çıxıb və xalqın maraqları ilə regionun təhlükəsizliyinin münaqişənin qarşısının alınması yolu ilə təmin edilməli olduğunu düşünür.
Onun sözlərinə görə, İran indiyədək təcavüz qarşısında özünü cəsarətlə müdafiə edib və bu müqavimət bundan sonra da davam etdiriləcək.
“İran indiyədək təcavüz qarşısında necə cəsarətlə müdafiə olunubsa, bu müqavimət də təcavüzkarlar əməllərindən tamamilə peşman olana qədər qətiyyətlə davam edəcək”, – deyə İran Prezidenti qeyd edib.
Pezeşkianın açıqlaması İranla ABŞ və İsrail arasında gərginliyin davam etdiyi bir vaxtda verilib.
18:45 08.09.2026
Oxunuş sayı: 42