İranın “Bəsic” komandiri hücumda öldürüldü
İranın “Bəsic” xalq səfərbərliyi qüvvələrinin komandiri Əbdürrəuf Eshaqi ölkənin cənub-şərqində baş verən hücum nəticəsində öldürülüb.
Crossmedia.az xəbər verir ki, “Iran International” bu barədə məlumat yayıb.
İran hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib. Məlumata görə, təhlükəsizlik qüvvələri hücum edən şəxslərin axtarışını və təqibini həyata keçirir.
Əbdürrəuf Eshaqinin öldürüldüyü hücumun İranın cənub-şərqində baş verdiyi bildirilir. Hadisənin dəqiq yeri və hücumun hansı şəraitdə törədildiyi barədə əlavə məlumat verilməyib.
“Bəsic” İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində fəaliyyət göstərən beş əsas qüvvədən biri olan yarımhərbi təşkilatdır. Qrup ölkənin daxili təhlükəsizlik sistemində mühüm rol oynayır.
18:41 08.09.2026
Oxunuş sayı: 41