Rusiya Ukrayna məsələsində sülh mesajı verdi
Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə başa çatdırılmasına hazırdır və üçtərəfli danışıqların bərpasına ümid edir.
Crossmedia.az xəbər verir ki, “Sputnik” bu barədə məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın mövqeyinə görə, danışıqların yenidən başlaması əsasən Kiyevin mövqeyindən asılıdır.
Peskov Ukrayna tərəfinin münaqişənin həlli ilə bağlı məsələlərdə kifayət qədər çevik mövqe nümayiş etdirmədiyini deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın qarşısına qoyduğu məqsədlərə çatmaq niyyətindədir. Bununla belə, Moskva həmin məqsədlərə sülh yolu ilə nail olmağa üstünlük verir.
Peskov həmçinin Rusiyanın münaqişəni başlamadığını, əksinə, onu başa çatdırmağa çalışdığını bildirib.
Qeyd edək ki, Kreml sentyabrın 7-də də Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar formatının bərpasını istisna etmədiyini açıqlamışdı. Bununla belə, danışıqların konkret vaxtı və keçiriləcəyi yer barədə danışmaq üçün hələ tez olduğu bildirilmişdi.
18:03 08.09.2026
Oxunuş sayı: 36