Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.
Crossmedia.az xəbər verir ki,mundiala hazırlıq çərçivəsində 2011-ci il təvəllüdlü futbolçuların növbəti təlim-məşq toplanışı baş tutacaq.
Toplanış sentyabrın 8-9-da və 12-14-də Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək.
Hazırlıq prosesində futbolçuların seçimi davam etdiriləcək və dünya çempionatında iştirak edəcək yekun heyət müəyyənləşdiriləcək.
Toplanışa dəvət olunan 25 futbolçudan 14-ü dünya çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Bununla yanaşı, U-15 milli komandasında 2012-ci il təvəllüdlü futbolçular arasında da seleksiya prosesi davam etdirilir. Bu yaş qrupundan ibarət yığma oktyabrın 20-dən 26-dək Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlıq görür.
Milli komandanın təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı belədir:
| Ad, Soyad | Klub |
| Oqtay Mehrəliyev | Qarabağ FK |
| Daniil Bayramari | Qəbələ İK |
| Məhəmməd Ağamalıyev | Qarabağ FK |
| Abbas Məmmədli | Qarabağ FK |
| Asif Allahverdizadə | Ulduz FA |
| Emil Quliyev | Neftçi PFK |
| Teymur Quliyev | Ulduz FA |
| Əkbər Nağıyev | Neftçi PFK |
| Kənan Əzimov | Neftçi PFK |
| Həsən Məhmədov | Sabah FK |
| Murad Zeynallı | Ulduz FA |
| Səbran Muradlı | Qarabağ FK |
| Müşfiq Zamanov | Ulduz FA |
| Xalid Soltanov | Qəbələ İK |
| Ömər Allahverdiyev | Turan Tovuz PFK |
| Səbuhi İbrahimli | Ulduz FA |
| Yusif Əlizadə | Ulduz FA |
| Həsən Ramazanov | Sabah FK |
| Murad Məmmədzadə | Sabah FK |
| Nihad Bəylərli | Ulduz FA |
| Əli Hacıyev | Sabah FK |
| Həsən Müşfiqzadə | Qarabağ FK |
| Ramil İsmayıllı | Karvan FK |
| Maksim Adamov | Neftçi PFK |
| Amin Tağıyev | Qarabağ FK |
Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-dən 31-dək Bakıda keçiriləcək.
19:07 08.09.2026
Oxunuş sayı: 37