Fransa da Yaxın Şərqdəki savaşa qoşulur: Təyyarələr havaya qalxdı
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro açıqlayıb ki, Fransız Hava Qüvvələrinə məxsus Dassault Rafale tipli döyüş təyyarələri Birləşmiş Ərəb Əmirliklərini hədəf alan İranın pilotsuz uçan aparatlarını (PUA) təsirsiz hala gətirib.
BƏƏ-də yüzlərlə Fransız dəniz, hava və quru qoşunları personalı xidmət göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Barro açıqlamasında bildirib ki, Abu Dabi yaxınlığındakı El Dafra Bazasında yerləşən Rafale döyüş təyyarələri İran hücumlarına qarşı bazaları qorumaq məqsədilə BAE hava məkanında vəzifələndirilib.
Vaqif Əhmədzadə
15:00 04.03.2026
Oxunuş sayı: 558