Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Fizza Pay" MMC ödəniş təşkilatının vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Crossmedia.az bu barədə AMB-yə istinadən xəbər verir.
“Fizza Pay” MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “Fizza Pay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 (bir min) manat məbləğində cərimə edilib”, - məlumatda qeyd edilib.
12:55 04.03.2026
Oxunuş sayı: 581