ABŞ Ukraynadan 1320 yeni zərbə dronu sifariş etdi
Pentaqon Ukraynanın “F-Drones” şirkətindən daha 1320 ədəd FPV-dron sifariş edib.
Crossmedia.az xəbər verir ki, Pentaqon Ukraynanın “F-Drones” şirkətinin istehsal etdiyi F10 zərbə tipli FPV-dronlarından əlavə 1320 ədəd sifariş verib.
Şirkətin baş direktoru Stanislav Xutorun sözlərinə görə, sifarişin noyabrın sonunadək yerinə yetirilməsi planlaşdırılır. Hazırda dronların ABŞ-ə ixracı üçün sənədlərin hazırlanması prosesi davam edir.
Xutor bildirib ki, “F-Drones”un istehsal gücü cəbhəyə göndərilən dronların tədarükünə təsir etmədən əlavə sifarişləri yerinə yetirməyə imkan verir.
Qeyd edək ki, “F-Drones” daha əvvəl ABŞ-ə dron tədarükünə icazə alan ilk Ukrayna şirkəti olub. İlk 2 min drondan ibarət partiya iyul ayında ABŞ-a göndərilib.
Şirkət F10 modeli ilə yanaşı, F5 və F7 FPV-dronları, “Shahed” dronlarını ələ keçirmək üçün LITAVR+ sistemləri, orta mənzilli zərbə kompleksi F-CAPTAIN və digər məhsullar da istehsal edir.
21:12 07.10.2026
Oxunuş sayı: 57