Zelenski: İran Rusiyanın cinayət ortağı olub
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında İranın Körfəz ölkələrini hədəf alan cavab hücumları ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər liderləri ilə danışdığını bildirən Zelenski, “Yaxın Şərq və Körfəz ölkələrinin əksəriyyəti ilə bu diplomatik əlaqələrimizi davam etdirəcəyik” ifadələrini işlədib.
Zelenski deyib: “İran rejimi onilliklərdir qonşularının və çata bildiyi hər yerdə insanların həyatlarını məhv etməyə sərmayə qoyub və bu istiqamətdə Ukraynaya qarşı müharibədə Rusiyanın cinayət ortağı olub".
Vaqif Əhmədzadə
10:50 04.03.2026
Oxunuş sayı: 821