Kolbi: ABŞ-nin hərbi resursları sonsuz deyil
Pentaqon və Ağ Ev arasında hərbi resurslarla bağlı açıqlamalarda fərq ortaya çıxıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi bildirib ki, ölkənin hərbi resursları sonsuz deyil.
Onun sözlərinə görə, Amerika ordusunun tayı-bərabəri yoxdur, lakin onlardan və onların resurslarından sonsuza qədər istifadə etmək mümkün deyil.
Eyni zamanda, ABŞ prezidenti Donald Trump isə əks mövqe sərgiləyərək ABŞ-nin sözün əsl mənasında sonsuz silah ehtiyatlarına malik olduğunu və onların tükənməsindən narahat olmadıqlarını iddia edib.
Səriyyə Tağıyeva
23:15 03.03.2026
Oxunuş sayı: 573