CROSSMEDIA - Pakistan Beynəlxalq Hava Yolları Avropaya uçuşları bərpa edir
Xarici xəbərlər

Pakistan Beynəlxalq Hava Yolları Avropaya uçuşları bərpa edir

Pakistan Beynəlxalq Hava Yolları (PIA) 10 yanvar tarixindən Avropaya uçuşları 4,5 illik qadağadan sonra bərpa edəcək.

Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən məlumat verib.

PIA-nın nümayəndəsi Abdullah Hafiz Xan bildirib ki, reyslərin cədvəli hazırlanıb. Şirkət tezliklə Böyük Britaniyanın Nəqliyyat Nazirliyinə (DfT) bu ölkəyə marşrutların bərpası üçün icazə almaq məqsədilə müraciət edəcək.

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi və Böyük Britaniya, pilot lisenziyaları ilə bağlı qalmaqalla əlaqədar aparılan istintaqdan sonra, PIA-nın bölgədə sərnişin daşıma lisenziyasını dayandırmışdı. Qalmaqal, 97 nəfərin həyatını itirdiyi aviasiya qəzasından sonra ortaya çıxmışdı.

Bu səbəbdən aviaşirkət hər il 40 milyard rupi (144 milyon ABŞ dolları) gəlir itkisinə məruz qalıb. 
 
 
 
 

18:37 06.12.2024

Oxunuş sayı: 7038

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR