İranda Ekspertlər Şurasına ZƏRBƏ ENDİRİLDİ
İranın Qum şəhərində, ölkənin Ali Rəhbərinin seçilməsində məsul olan Ekspertlər Şurasının binasına hücum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Hücumla bağlı "Clash Report" iddia edir ki,, İsrail ölkənin növbəti Ali Liderinin seçilməsi üçün keçirilən səsvermə zamanı Şuranın 88 üzvünü hədəf alıb. Mənbənin sözlərinə görə, bütün üzvlər iştirak etməyib, lakin hücum səsvermənin və səslərin sayılmasının baş verdiyi vaxtda həyata keçirilib.
Hadisə İranın ali siyasi qurumlarında ciddi gərginlik yaratdığı bildirilir.
18:50 03.03.2026
Oxunuş sayı: 389