7 nəfər süni intellektlə “saxta İran hücumu” görüntüləri yaydığı üçün həbs olundu
Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə qeyri-sabitlik yaratmaqda ittiham olunan 7 nəfəri həbs edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onlar dövlətə xəyanətdə suçlanır və ölüm cəzası və ya uzunmüddətli həbs ilə üzləşə bilərlər.
Nazirliyin məlumatına görə, həbs edilən şəxslər İran dronlarının və raketlərinin vurduğu zərbələri əks etdirən saxta, süni intellektlə yaradılmış şəkil və videolar paylaşıblar. Bu paylaşımlar ölkədə iğtişaş və narahatlıq yaratmaq məqsədi daşıyıb.
18:10 03.03.2026
Oxunuş sayı: 440