Türkiyənin xarici işlər naziri Hakan Fidan Fars körfəzi ölkələrinin İrana qarşı mümkün qisas tədbirləri ilə bağlı məlumatların olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, bu məlumatlar rəsmi olaraq təsdiqlənməsə də, belə iddiaların mövcudluğu ehtimalı yüksəkdir. Fidan həmçinin bildirib ki, hazırda İran ictimaiyyəti arasında rejim dəyişikliyinə səbəb ola biləcək etiraz əlamətləri yoxdur.
O əlavə edib ki, İran Fars körfəzində enerji infrastrukturuna zərbə endirərək digər ölkələri ABŞ-a müharibəni dayandırmaq üçün təzyiq göstərməyə vadar etməyə çalışır, lakin bu ehtimalın uğurlu olacağı şübhəlidir.
Fidan həmçinin qeyd edib ki, İran vətəndaşlarının sərhədi keçməsinə icazə vermir və hazırda ölkədən Türkiyəyə heç kim gəlmir.