Amerikalı jurnalist İsrailin gizli planlarını AÇIQLADI
Qətər və Səudiyyə Ərəbistanı rəsmiləri dünən İsrailin kəşfiyyat agentliyinin (MOSSAD) öz ərazilərində partlayışlar törətməyi planlaşdıran agentlərini saxlayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson bildirib.
O, İsrailin motivlərini şübhə altına alıb:
"İsraillilər özləri İranın hücumuna məruz qalan iki körfəz ölkəsini niyə bombalayır? Onlar eyni tərəfdə deyillər? Xeyr. Xeyr. Xeyr".
Onun sözlərinə görə, İsrail təkcə İranı deyil, həm də onun müttəfiqi olan Körfəz ölkələri – Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Küveyti zəiflətmək məqsədi ilə öz məqsədlərini güdür.
Taker Karlson öldürülən amerikalı hərbçilərin rəsmi açıqlamasına da şübhələrini ifadə edib. O, müharibə bölgəsində bildiriləndən daha çox Amerika əsgərinin öldüyünü vurğulayıb.
Bundan əlavə, jurnalist qeyd edib ki, müharibə ABŞ-ın milli təhlükəsizliyi üçün deyil, yalnız İsrailin istəyi ilə aparılır.
16:07 03.03.2026
Oxunuş sayı: 541