İran münaqişənin dayandırılması üçün şərtlərini AÇIQLADI
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi davam edən münaqişə ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb və qarşıdurmanın dayandırılması üçün şərtləri bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəqayi bildirib ki, İranın Cenevrə danışıqları zamanı təqdim etdiyi təkliflərin rədd edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və bu iddiaları “sadəcə müharibəyə başlamaq üçün bəhanə” adlandırıb.
O vurğulayıb ki, İranın ABŞ-yə qarşı atdığı addımlar region ölkələrinə qarşı düşmənçilik kimi qiymətləndirilməməlidir.
“Onlar müharibəni dayandırmalıdırlar. Müharibəni biz başlatmadıq. Seçimimiz diplomatiyadır. Diplomatik proses ölkə daxilində tənqid olunsa da, hökumət onu dəstəkləyib və biz müharibədən yayınmağa çalışdıq. Ancaq düşmən müharibəni seçdi. Müharibəni dayandırmağın yolu düşmənin dayanmasıdır”, – deyə diplomat əlavə edib.
Bəqayi həmçinin beynəlxalq ictimaiyyəti məsuliyyətli mövqe tutmağa çağırıb.
15:57 03.03.2026
Oxunuş sayı: 566