Azərbaycan-Ukrayna qaz əməkdaşlığı Avropanı enerji “partlamasına” hazırlayır
Avropa Birliyi Azərbaycan və Ukrayna arasında qaz sektorunda əməkdaşlığın inkişaf etdirilməsi Avropada daha dayanıqlı və şaxələndirilmiş enerji arxitekturasının formalaşmasında mühüm rol oynaya bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika nazirinin birinci müavini Artem Nekrasov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər görüşündə bildirib.
Nekrasov qeyd edib ki, Cənub Qaz Dəhlizinin daha da inkişaf etdirilməsi, TANAP və TAP qaz kəmərlərinin genişləndirilməsi və Xəzər regionunda yeni yataqların istismara verilməsi Avropaya təbii qaz tədarükünün əhəmiyyətli dərəcədə artması üçün ilkin şərtlər yaradır.
"Bu sistemdə Azərbaycan etibarlı resurs təchizatçısı kimi çıxış edir, Avropa İttifaqı əsas bazardır və Ukrayna regionda enerji axınlarının çevikliyini və sabitliyini təmin edərək mühüm infrastruktur və logistika mərkəzi rolunu oynaya bilər", - deyə nazir müavini bildirib.
15:48 03.03.2026
Oxunuş sayı: 473