Tramp: Müharibə əbədi aparıla bilər
ABŞ Prezidenti Donald Tramp İranla davam edən gərginlik fonunda ölkəsinin silah ehtiyatlarının yüksək səviyyədə olduğunu bildirib və bunun uzunmüddətli müharibə aparmaq üçün kifayət etdiyini vurğulayıb.
Crossmedia.az-ın məlumatına görə, Tramp sosial media platforması “Truth Social” üzərindən açıqlamasında qeyd edib ki, ABŞ-nin orta və yuxarı orta təbəqə silah ehtiyatları heç vaxt indiki qədər güclü olmayıb.
“Bu gün mənə verilən məlumata görə, bu silahların demək olar ki, limitsiz təchizatı mövcuddur. Müharibələr yalnız bu ehtiyatlardan istifadə etməklə əbədi və çox uğurla aparıla bilər”, – deyə prezident bildirib.
O, çıxışında keçmiş dövlət başçısı Co Baydeni də tənqid edərək, Baydeni Ukraynaya silah yardımı göstərməkdə günahlandırıb. Tramp əlavə edib ki, özü ilk prezidentlik dövründə ABŞ Silahlı Qüvvələrini yenidən qurub və bu prosesi davam etdirir.
“Amerika yaxşı təchiz olunub və böyük qələbələrə hazırdır”, – deyə Tramp vurğulayıb.
15:11 03.03.2026
Oxunuş sayı: 9367