ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla bağlı ölkəsinin mövqeyini açıqlayıb.
Crossmedia.az-ın məlumatına görə, “Fox News” telekanalına müsahibəsində o bildirib ki, prezident Donald Tramp İran məsələsində nəyə nail olmaq istədiyini dəqiq müəyyən edib.
Vensin sözlərinə görə, Tramp ABŞ-nin aydın sonu və konkret məqsədi olmayan uzunmüddətli münaqişəyə cəlb olunmasına imkan verməyəcək. Əsas məqsəd isə İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
Vitse-prezident əlavə edib ki, İran nüvə potensialını bərpa etməmək üçün uzunmüddətli öhdəlik götürməlidir və ABŞ bu prosesdə İraq və Əfqanıstanla bağlı keçmişdə yaşanan problemlərin təkrarlanmasına yol verməyəcək.