İranda tezliklə ali rəhbər seçiləcəyi açıqlandı
İranın Ekspertlər Şurasının üzvü Ayətullah Əli Moəllemi bildirib ki, ölkənin yeni ali liderinin seçilməsi prosesi uzun çəkməyəcək.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Ayətullah Əli Moəllemi açıqlamasında vurğulayıb ki, Ekspertlər Şurasının üzvləri seçim zamanı şəxsi üstünlükləri nəzərə almayacaq və qərarlarını yalnız dini normalara əsaslanaraq verəcəklər.
O əlavə edib ki, narahat olmağa ehtiyac yoxdur, çünki seçki prosesi sürətli olacaq və keçmişdə olduğu kimi, inqilabın həlak olan liderinin roluna uyğun bir şəxsiyyət ali rəhbər postuna gətiriləcək.
14:40 03.03.2026
Oxunuş sayı: 582