Amerikanın qırıcı təyyarəsi səhvən vuruldu
ABŞ ordusunun məlumatına görə, Küveyt hava hücumundan müdafiə sistemləri İranla əlaqəli əməliyyatlarda iştirak edən üç Amerika F15 qırıcı təyyarəsini səhvən vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hesabatda bildirilir ki, altı ekipaj üzvünün hamısı uğurla katapultasiya edilib, təhlükəsiz şəkildə təxliyə edilib və vəziyyətləri sabitdir.
Hadisənin səbəbi araşdırılır.
16:07 02.03.2026
Oxunuş sayı: 609