Aİ rəhbərindən mesaj: Yeganə yol diplomatiyadır
İranın məzlum xalqı üçün yeni bir ümid var və biz onların öz gələcəyini təyin etmək hüququnu qətiyyətlə dəstəkləyirik.
Crossmedia.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon Der Leyen deyib.
O vurğulayıb ki, yeganə davamlı həll yolu diplomatik yanaşmadır. Onun sözlərinə görə, bu, İran üçün etibarlı keçid prosesini, həm nüvə, həm də ballistik proqramların qəti şəkildə dayandırılmasını və bölgədə sabitliyi pozan fəaliyyətlərə son qoyulmasını nəzərdə tutur.
Von der Leyen əlavə edib ki, Avropa İttifaqı son hadisələrin mümkün nəticələrinə hazır olmalıdır. Bu nəticələr enerji təhlükəsizliyindən nüvə məsələlərinə, nəqliyyatdan miqrasiyaya və ümumi təhlükəsizlik məsələlərinə qədər geniş sahələri əhatə edə bilər.
15:12 02.03.2026
Oxunuş sayı: 718