Elm və təhsil naziri Şuşada vətəndaşların müraciətlərini dinləyəcək
Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.
Elm və Təhsil Nazirliyindən Crossmedia.az-a bildirilib ki, qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər. Adları qeyd olunan şəhər və rayonların sakinləri martın 6-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının müvafiq bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür. Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
14:07 02.03.2026
Oxunuş sayı: 528