İsrail Hizbullaha qarşı qəti addım siqnalı verdi
Hizbullahın İsrailə qarşı hava hücumlarına görə ağır nəticələrlə üzləşəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Naziri İsrael Katz açıqlama verib.
Nazir bildirib ki, təşkilatın baş katibi Naim Qasım məhv edilmə hədəfidir.
Onun sözlərinə görə, o və Baş nazir Benyamin Netanyahu orduya Hizbullaha qarşı qətiyyətli hərəkət etməyi tapşırıblar.
Katz çıxışında əlavə edib ki, Xameneinin yolunu izləyən hər kəs tezliklə onunla birlikdə cəhənnəmin dərinliklərində, şər oxunda yer alacaq.
13:04 02.03.2026
Oxunuş sayı: 486