Əli Laricani: Tramp regionu xaosa sürükləyib
İranın xarici işlər naziri Əli Laricani ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Tramp “əsassız və xəyalpərəst qərarlarla” regionu xaosa sürükləyib və hazırda amerikalı hərbçilər arasında mümkün itkilərdən ehtiyat edir.
Laricani iddia edib ki, Trampın irəli sürdüyü “America First” şüarı faktiki olaraq “Israel First” siyasətinə çevrilib. Onun sözlərinə görə, ABŞ əsgərlərinin həyatı İsrailin maraqları naminə riskə atılıb.
12:28 02.03.2026
Oxunuş sayı: 454